Bakıya qarşı təbliğat aparan iranlı Həccdən qayıdarkən saxlanıldı

İran mediası və televiziya kanallarında Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur Səudiyyə Ərəbistanıda saxlanılıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Əli Əkbər Raefipur Səudi Ərəbistana Həcc ziyarətinə gedib, lakin İrana qayıdarkən naməlum səbəblərdən Ciddə aeroportunda saxlanılıb.

Qeyd edək ki, Raefipur anti-Azərbaycan çıxışları ilə məşhurdur. O, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı təbliğat aparmaqla yadda qalıb. Anti-Azərbaycan siyasətinin əsas media təbliğatçısı olan Raefipur israr edir ki, İran Ermənistana hərbi dəstək versin və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün ora hərbi qüvvə göndərsin.

 

 

Gununsesi.info