Ötən gün Bakıya davamlı yağan yağışlar bəzi fəsadlara səbəb olub.
Gununsesi.org xəbər verir ki, şəhərin Yasamal, Binəqədi rayonlarının bəzi küçələrində yağış suları gölməçələrin yaranmasına səbəb olub. Həmçinin Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzində bir çox obyektləri su basıb. Sahibkarlara ziyan dəyib.
Ticarət mərkəzinin qarşısında yığılan yağış suyunda maşın batıb.
Magistral örtüyün üzərində yaranan kiçik “su dənizləri” sürücülərin və yolla gedən piyadaların hərəkətinə də çətinlik yaradıb.
“İnşaatçılar” metro stansiya yaxınlığında qeydə alınan görüntülər vəziyyətin nə yerdə olduğunu aydın şəkildə göstərir.
Bakıya yağan yağışdan sonra ortaya çıxan görüntüləri təqdim edirik: