Bakıya yağış, bu ərazilərə isə qar yağacaq – BU GÜNÜN HAVASI

  • By admin
  • 05 Oktyabr 2021 09:12

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də gün ərzində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Gununsesi.info