
“Baklift”in keçmiş rəhbərinin qızı, bloger Aysel Şükyurova üçüncü dəfə ailə qurub
Gununsesi.info xəbər verir ki, bu haqda o, özü sosial media hesabında məlumat yayıb.
Nikah Türkiyənin Kappadokiya bölgəsində, açıq havada baş tutub. Aysel mərasimdən yayımladığı görüntülərə “23.10.2021 və sonsuzluq” şərhini yazıb.
Ayselin əvvəlki evliliyindən sonra atası Qüdrət Şükürov toyu çox dəbdəbəli keçirtdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Aysel ilk həyat yoldaşından qalmaqallı şəkildə ayrılıb.
O, daha sonra bloger Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var.
Şəbnəm
Gununsesi.info