Ermənistanın “Hraparak” qəzeti qondarma “Artsaxın keçmiş prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, “Hraparak” tezliklə Azərbaycan tərəfinin Bako Saakyan və Arkadi Qukasyanın saxlanıldığını təsdiqləyəcəyini və video yayacağını güman edir.
O da qeyd edilir ki, qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanla separatçı “parlamentin rəhbəri” Davit İşxanyanın yeri məlum deyil.
Rəsmi Bakı hələ ki xəbərə münasibət bildirməyib.
Gununsesi.info