
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub.
Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.
Gununsesi.info