“Baku Flames” Dünya Qadın Seriyasının Quba mərhələsində mübarizəni dayandırıb

  • By ilhame
  • 20 İyul 2024 20:24

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycan təmsilçisi “Baku Flames” mübarizəni dayandırıb.

Gununsesi.info-nun Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin açılış oyununda Niderland millisinə məğlub olan (4:21) təmsilçimiz, yer aldığı A qrupunun digər görüşlərində Çinin U-24 (2:21) və Avstraliya (3:21) seçmələrinə də uduzaraq turnirlə vidalaşıb.

B qrupunda Çexiya, Filippin yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb. İran millisi isə yarışa qatılmayıb.

Qeyd edək ki, turnirə iyulun 21-i yekun vurulacaq.

Gununsesi.info