
Azərbaycanın tanınmış Onko-Hematoloqu, Azərbaycan Hematoloji Mütəxəssisləri Cəmiyyətinin sədri, Avropa və Amerika Hematoloji Onkoloji Asossiasiyasının üzvü, doktor Valeh Hüseynov “Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Babək” filialında Homatologiya şöbəsinin müdiri təyin olunub.
Gununsesi.info xəbər verir ki, o, 8 iyul tarixdən ölkənin ən nüfuzlu özəl klinikalarından sayılan “Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Babək” filialında xəstə qəbuluna başlayacaq.
Qeyd edək ki, Valeh Hüseynov 1976-ci ildə Naftalan şəhərində anadan olub. O, 1992-1998-cü illərdə Azərbaycan Tibb Universiteti, Pediatriya Fakultəsində, 1998-1999-cu illərdə isə Şəhər Onkoloji Dispanseri, internatura təhsili alıb.
2000-2016-cı illərdə Avropa və Amerikanın nüfuzlu universitetlərində Onko-hematologiya və sümük iliyi transplantasiyası üzrə ixtisas artırma kurslarını bitirib.
Avropa və Asiyada nüfuzlu nəşrlərdə əlliyə yaxın elmi məqalələrin müəllifi olan olan Valeh Hüseynov həmçinin bir çox beynəlxalq konfranslarda iştirak edib.
Gununsesi.info