“Baku Medical Plaza”dan passientlərə şad xəbər - Uşaq serebral iflic xəstələri əməliyyat olunacaq (VİDEO)

  • By admin
  • 13 Aprel 2018 11:32

“Baku Medical Plaza” Rusiyanın Tula şəhərindən dəvət etdiyi ixtisaslaşmış cərrahlar 18-22 aprel tarixlərində klinikanın Babək filialında Uşaq serebral iflicinin müalicə və reabilitasiyası üçün xəstə qəbulu və əməliyyatları həyata keçirəcək.

Gununsesi.info xəbər verir ki, həyata keçirilən 15 dəqiqəlik əməliyyat nəticəsində əzələlərin elastikliyi bərpa olunur və hərəkətlərin həcmi xeyli artır. Əməliyyat aşağı və yuxarı ətraflarda həyata keçirilir. Xaricdən dəvət olunmuş həkimlər bu yeganə üsulla 20-dən artıq ölkədə uşaq serebral iflic xətəliyindən əziyyət çəkən uşaqlara əməliyyat vasitəsi ilə yardım ediblər.