“Baku Steel Company”nin 86 işçisi koronavirusa yoluxdu

  • By admin
  • 22 May 2020 18:42

Təşkilatlarda lokal yoluxma halları qeydə alınır. “Baku Steel Company”nin 86 işçisində koronavirus aşkarlanıb. Qurumun Sumqayıt filialında isə 12 yoluxma faktı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda həmin qurumda epidemioloji vəziyyəti stabilləşdirmək mümkün olub.

Gununsesi.org