Donetskdə blokada şəraitində qalan ərazilərdəki mülki insanlar arasında həmyerlilərimiz də var - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

HTML tutorial

O bildirib ki, Donetskdə son iki həftədə vəziyyət yenidən gərginləşib. Kramatorsk şəhəri dayanmadan raket hücumlarına məruz qalır.

Məlumata görə, Donetskdə blokada şəraitində qalan ərazilərdəki mülki insanlar arasında 20-yə yaxın həmyerlimiz də var.

Həmçinin qeyd edilib ki, işğalda olan Makiyevkada separatçıların güllələdiyi iki ailədən biri azərbaycanlıdır.

O da bildirilib ki, bir aydan çoxdur Rusiya Ordusu separatçılarla birlikdə Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsinə çevrilən Baxmutu ələ keçirməyə çalışsa da, buna nail ola bilmir.

Gununsesi.info