“BakuBus”un avtobusu “Araz” marketə çırpıldı - FOTOLAR

  • By admin
  • 22 Oktyabr 2022 21:38

Bakıda sərnişin avtobusu qəza törədib.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Belə ki, “BakuBus” MMC-yə məxsus 30 nömrəli marşrut avtobusu idarəetməni itirərək “Araz” marketə çırpılıb. Hadisə zamanı avtobusa və marketə ciddi ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda araşdırma aparılır.

Gununsesi.info