“BakuBus”un avtobusu piyadanı vuraraq öldürdü - FOTO

  • By admin
  • 01 Mart 2024 09:24

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə Koroğlu nəqliyyat-mübadilə mərkəzində qeydə alınıb.

Məlumata görə, 163 nömrəli marşrut xətti üzrə hərəkət edən “BMC” markalı sərnişin avtobusu piyadanı vurub. Nəticədə piyada həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Gununsesi.info