Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb

  • By admin
  • 08 Sentyabr 2016 10:30

zelzele

Sentyabrın 7-dən 8-nə keçən gecə saat 01:29-da Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya bildiriblər ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-2 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudası 4,1 bal, dərinliyi isə 3 kilometr olub.

Gununsesi.info