Balakən-Baki avtobusunda yanğın olub

  • By admin
  • 31 Avqust 2016 15:28

 

Zaqatala avtobus yanqin.mpg_snapshot_00.12_[2016.08.31_15.05.05]

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 12:25 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydə alınıb. Soltan Bayramovun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-KF-403 dövlət nömrə nişanlı avtobusun təkərində anidən tüstülənmə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində təkərdə baş verən tüstülənmənin yanğına keçməsinin  qarşısı dərhal alınıb.

Hadisə zamanı avtobusda sürücü və köməkçisi olub. Onlar hər hansı xəsarət almayıblar.Avtobusun təkəri təmir edildikdən sonra Balakən istiqamətində hərəkət edib.

 

Gununsesi.info