Balakən sakininin evindən külli miqdarda narkotik aşkar edilib - FOTOLAR

  • By Günel
  • 02 Dekabr 2024 09:09

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info – ya bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.