Balakəndə 12 yaşlı velosipedçini maşın vurdu

  • By admin
  • 18 İyul 2017 10:50

2a7f41

Balakəndə velosipedçini maşın vurub. 

Gununsesi.info APA-ya istinadən məlumatına görə, hadisə iyulun 17-də axşam saatlarında rayonun Meşəşanbul kəndində qeydə alınıb. Kənd sakini İbrahim Abdulla oğlu Gəncəyev  “Niva” markalı, 99 GN 994 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən avtomobilin qarşısına çıxan velosipedçi, həmkəndlisi, 2005-ci il təvəllüdlü Şamil Ramazan oğlu Hümbətovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 yaşlı oğlan Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır

Gununsesi.info