Balakəndə 4 bal gücündə zəlzələ olub

  • By admin
  • 05 İyun 2017 11:55

zelzele

Balakən rayonunda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumatlara görə, yerli vaxtla saat 11:20:56-da Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 3.8, dərinliyi isə 2 km olub.

Gununsesi.info