Balakəndə 4 otaqlı ev kül oldu

  • By admin
  • 25 Noyabr 2016 10:30

yanan-ev-yangin-yanqin-yangin
Balakəndə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, rayonun İtitala kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info