Balakəndə ağır yol qəzası - 1 ÖLÜ, 4 NƏFƏR YARALI (FOTOLAR)

  • By admin
  • 08 Noyabr 2016 13:42

qeza

Balakəndə ağır yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, ölümlə nəticələnən ağır yol qəzası bu gün səhər saat 07 radələrində Balakən rayonu Qazbinə kəndi ərazisində baş verib. Balakən rayon Talalar kənd sakini 54 yaşlı Bayram Xanmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra “Kamaz” markalı yük maşının sürücüsü xəsarət almasada VAZ 2107 markalı avtomobilin sürücüsü Bayram Xanmədov və onun həmkəndlisi olan sərnişinləri 52 yaşlı Əmirxan İsmayılov 57 yaşlı Pəri Ömərova, 58 yaşlı Ramiz Şahverdiyev və 47 yaşlı Reyhan Murtuzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Bayram Xanmədov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən keçinib.Digər yaralılar xəstəxananın cərrahiyə şöbəsində müayinə olunduqdan sonra xəsarətləri yüngül olduğuna görə ambulator müalicə üçün evə buraxılıb. Məlumata görə qəzaya düşən həmkəndlilər Zaqatalaya xurma tədarükü üçün gedirlərmiş.

Faktla bağlı DİN-nin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

qeza1 qeza2 qeza3

Gununsesi.info