Balakəndə 6 yaşlı uşağı avtomobil vurub. Gununsesi.info xəbər verir ki, avtomobilin təkəri altında qalan 6 yaşlı uşaq dünyasını dəiyşib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.Balakən rayon Talalar kənd sakini Loğman Məmmədov atası ilə birlikdə idarə etdiyi Mercedes markalı avtomobili ilə birlikdə gedərkən yolda 6 yaşlı Sadiq Şirbidovu vurub.Uşağı Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da,artıq o xəstəxanaya çatdırılan zamandünyasını dəyişib .Xəstəxanadan verilən məlumata görə avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Gununsesi.info