Balakəndə bədbəxt hadisə - 8 otaqlı ev yandı

  • By Mina
  • 04 Aprel 2024 14:35

Balakəndə 8 otaqlı evdə yanğın baş verib.

 

FHN-dən Gununsesi.info-ya verilən xəbərə görə, Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info