Balakəndə ev yandı: 3 yaşlı uşağın yanmış cəsədi evdən çıxarıldı +FOTOLAR (YENİLƏNİB)

  • By admin
  • 24 Dekabr 2016 10:24

unnamed-4

Balakəndə fərdi yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə dekabrın 23-ü axşam saat 19:20 radələrində Balakən şəhəri Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.Yanğın kəşfiyyatı zamanı 3 yaşlı Ramal Amil oğlu Alagözovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən yanmış evdə aşkar edilib.

Qeyd edək ki, yanğın zamanı ölən azyaşlının atası Amil Alagözov mühafizə polisində polis nəfəri fəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

unnamed-10 unnamed-9 unnamed-8 unnamed-7 unnamed-6 unnamed-5

Gununsesi.info