Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb

  • By ilhame
  • 07 Yanvar 2024 09:34

Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Araşdırma aparılır.

Gununsesi.info