Balakəndə narkotik istifadəçiləri saxlanılıb

  • By admin
  • 20 İyul 2016 11:30

bala1

 

Balakəndə rayon sakinlərinin həyətyanı sahələrindən narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkar edilib. Gununsesi.info xəbər verir ki, onlar tutularaq istintaqa təhvil verilib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi və narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyatını keçirib.

Balakən şəhəri ərazisində Əsadullah Qurbanovun həyatyanı sahəsinə baxış keçirilərkən həmin həyətdən əkilib-becərilmiş 3 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Polis əməkdaşları həmin əraziyə baxış keçirərkən oradan 2 kiloqram 805 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana da aşkar edərək müsadirə edilib. Həmin gün Balakən RPŞ-i əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qullar kənd sakini Rəsul Yetimovun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq göstərilərək kultivasiya edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri də aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər tutduqları əməllərdən peşman olduqlarını bildiriblər. Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Saxlanılan hər 2 şəxs barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

bala

 

Gununsesi.info