
Balakən Rayon İcra Hakimiyyəti Gununsesi.info-nun bugün yayımladığı “Balakənin icra başçısı əhalini hökumətə qarşı qaldırır” adlı yazıya reaksiya verib.
Qeyd edək ki, həmin yazıda icra başçısının vətəndaşların çardaqlarını sökmək istəyindən bəhs olunub.
Vəkil Aqil Layicə istinadən yazılan materialda icra hakimiyyətinin buna hüquqi cəhətdən səlahiyyətsiz olduğu bildirilib.
BUNA DA BAX:
Məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyəti tərəfindən redaksiyamıza göndərilən açıqlamanı təqdim edirik:
Balakən rayon Mənzil İstismar Müəssisəsitərəfindən balansında olan çoxmənzilli binaların həyətlərində əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan ərazilərdə monitorinq aparılmışdır. Monitorinq zamanı əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan Mənzil İstismar Müəssisəsinin balansında olan çoxmənzilli binaların həyətlərinin bir neçə şəxs tərəfindən qanunsuz zəbt olunaraq hasarlandığı və yardımçı binaların tikildiyi müəyyən olunmuşdur.
Məsələ ilə əlaqədar Mənzil İstismar Müəssisəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqları qanunsuz zəbt edən şəxslərə qarşı Balakən rayon Məhkəməsində “qanunsuz istifadə etdikləri torpaq sahələrinin hasarlarının sökülməsi və zəbtdən çıxarılması” tələbi ilə iddia qaldırılmışdır.
Bildiririk ki, bugünə qədər qeyd olunan ərazilərdə hər hansı söküntü işi aparılmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11., 4.16.3 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən Balakən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi və memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə müvafiq işlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmaqla qanunamüvafiq tədbirlər görülür.
Xahiş edirik nəzərə alasınız.
Elmar
Gununsesi.info