Balakəndə ağır yol qəzası: 2 ölü, 5 yaralı

  • By admin
  • 25 İyun 2022 10:24

Balakən rayonunda ağır yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info