Balakəndə yük avtomobili yanıb

  • By admin
  • 04 Sentyabr 2017 23:02

fhn-yangin-sonduren
Balakəndə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Katex kəndində “QAZEL” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və banına yığılmış 3 ton findıq yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info