Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

16 Sentyabr 2017 - 12:12

Balakişi Əhmədovun 300 hektar torpağı əlindən alındı- DYP KOMANDİRİ İLƏ İCRA BAŞÇISI "ATIŞDI"

balakishidyp

Son zamanlar Azərbaycanın bölgələrində fermerlərin örüş sahələrinin yerli icra hakimiyyəti orqanları tərəfindən pambıq əkilməsi üçün zorla əllərindən alınması halları artmaqdadır. Hökumətin pambıqçılığın inkişafı ilə bağlı tədbirləri nəticəsində bir sıra yüksək vəzifəli məmurların da qurbanları olur. Belə ki, ötən illər ərzində tutduqları vəzifədən istifadə edərək, min hektarlarla əraziləri zəbt edən bir sıra yüksək vəzifəlilər indi bu torpaqları geri qaytarmaq məcburiyyətindədir. Sadə fermerlerdən fərqli olaraq isə bu şəxslər etirazlarını ifadə edə bilmir.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu yaxınlarda 300 hektar torpaq sahəsi əlindən alınan şəxslərdən biri də Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, polkovnik Balakişi Əhmədovdur. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Balakişi Əhmədova məxsus Yevlax  rayonunun Ərəb Bəsərə kəndi ərazisində 300 hektar topraq sahəsi onun əlindən alınaraq, pambıqçılıq üçün istifadəyə verilib. DYP komandirinin mal-qoyun sürüsünün isə durumu olduqca ağırdır və onları saxlamaq üçün otlaq sahəsi tapılmır.

Məlumatda B.Əhmədovla yevlaxın icra başçısı Qoca Səmədov arasında ciddi konflikt yarandığı, tərəflərin telefonda bir-birinə qarşı ittiham irəli sürdüyü bildirilir.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün  Gununsesi.info-nun əməkdaşının Balakişi Əhmədova telefon zəngləri cavabsız qalıb.

qoca

Gununsesi.info





loading...