Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçirilir.
Gununsesi.info xəbər verir ki, yeni baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.
Qeyd edək ki, İTV-nin baş direktoru postuna yeddi namizəd var: Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu.
Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin yeni baş direktoru seçilib.
Xatırladaq ki, mayın 11-də B.Qasımovun İctimai Televiziyanın yeni baş direktoru seçilməsi ilə bağlı xəbər yayılsa da, Milli Televiziya və Radio Şurası xəbəri təkzib etmişdi.
İTV-nin baş direktoru seçilənə qədər o, Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, “Kim? Harda? Nə vaxt?” verilişlərinin baş prodüseri və rejissoru olub.
Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Balakişi Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.