Balasını son anda xilas edib, özü ölən ananın - FOTOSU YAYILDI

  • By admin
  • 15 Sentyabr 2017 15:18
59bbc2f8a64aa_9
Ötən gün Bakıda gənc ana faciəvi şəkildə həlak olub.
Gununsesi.info Criminal.az-a istinadən xəbər verir ki, 29 yaşlı Günel Əsgərova sərnişin avtobusu sürücüsünün səhlənkarlığının qurbanı olub.
Ən dəhşətlisi odur ki, ana öz canı bahasına qucağındakı bir yaşlı balasını xilas edib. Avtobusun onu vurduğunu görüb və qucağındakı uşağı kənara ataraq, onun həyatını qurtarsa da, özü avtobusun altında can verib. Uşaq yüngül xəsarətlə qurtulub.
Gənc ananın ölümünə səbəb olan sürücü Saatov Hakim Aslan oğlu hadisə yerindən qaçsa da, artıq tutulub.
Balasına görə özünü fəda edən ananın fotosunu təqdim edirik:
Gununsesi.info