Gununsesi.info xəbər verir ki, rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, son iki gündə Ziyad balığının qiyməti iki dəfə qalxıb. Hazırda bu növ balığın bir kiloqramı 20-25 manata satılır:

“Novruz bayramında adətdir, süfrəyə içi ləvəngi ilə dolu Ziyad balığı qoyulur. Tələbat artdığından bazarlarda sözügedən balıq tapılmır. Alverçilər onu daha çox Bakıya və Lənkərana alıb aparırlar”.

Sakinlər həmçinin qeyd edib ki, normal bir ziyad balığını 40-45 manata almaq olar.

Gununsesi.info