Balinaların ekosistemə bu təsirini bilirdinizmi? - ARAŞDIRMA

  • By admin
  • 24 İyul 2022 15:37

 

Balinalar, xüsusilə bar və ya sperma balinaları dünyanın ən böyük canlıları arasındadır. Onların bədənləri nəhəng karbon ehtiyatlarına bənzəyir, buna görə də onların okeanlarda olması ekosistemə böyük təsir göstərir.

HTML tutorial

Gununsesi.info BBC-nin bu barədə araşdırmasını tərcümə edib.

Bu balinalar təkcə okeanın dərinliklərini deyil, həm də planetin temperaturunu təyin edirlər.

Elmi araşdırmaya  “İnsanlar meşələri kəsməklə, ağacları ağaca çevirməklə və ya çəmənlikləri məhv etməklə quru ekosistemindəki karbon səviyyəsinə birbaşa təsir göstərirlər. Açıq okeanlarda karbon dövranı insan təsirindən tamamilə müstəqildir”.

Lakin burada balina ovun ekosistemlərə təsiri nəzərə alınmayıb. İnsanlar əsrlər boyu balinaları ovlayaraq, onları yağından sümüklərinə və ətinə qədər yeyirlər.

 

Balinaların yox olma təhlükəsi “real və qaçılmaz”

Tarixdə ilk ticari balina ovunun eramızdan əvvəl 1000-ci ildə edildiyi güman edilir.

O vaxtdan bəri on milyonlarla balina ovlanıb və ekspertlər balina populyasiyasının 66-90 faiz azalmış ola biləcəyini deyirlər.

Balinalar öldükdə okeanın dibinə batırlar və bədənlərində yığılan böyük miqdarda karbon səth sularından dərin dənizlərə qarışır və burada əsrlər boyu qalır.

2010-cu ildə aparılan araşdırmalar göstərir ki, sənaye balina ovundan əvvəl balinalar tərəfindən okeanın dibində ildə 190.000 ilə 1.9 milyon ton arasında karbon yığılıb.

Bu, hər il 40-410 min avtomobilin hərəkətinə qadağa qoyulması ilə əldə edilə bilən göstəricidir.

Lakin balina ovuna görə bu mümkün deyil və balinalar öldürüldükdə, ayrılan karbon atmosferə buraxılır.

Araşdırmanı aparan adlardan biri olan Men Universitetindən dəniz alimi Endryu Perşinq deyir ki, 20-ci əsrdə balina ovu nəticəsində atmosferə 70 milyon ton karbon qazı buraxılıb.

Bu, böyük göstəricidir, lakin 15 milyon avtomobil ildə bu qədər karbon buraxır. Təkcə ABŞ-da 236 milyon avtomobil var” deyir.

Lakin balinalar öləndə təkcə ekosistem üçün faydalı deyil. Onların nəcisləri də iqlim dəyişikliyində mühüm rol oynayır. Balinalar okeanın dərinliklərində qidalanır və nəcislərini çıxarmaq üçün səthə qayıdırlar.

Dəmir baxımından son dərəcə zəngin olan balina nəcisi fotoplanktonun inkişafı üçün mükəmməl mühit təmin edir.

Fotoplankton mikroskopik ölçüdə ola bilər, lakin bütövlükdə götürüldükdə planetin atmosferinə çox böyük təsir göstərirlər. Onların Yer kürəsində istehsal olunan karbon qazının 40 faizini uda biləcəyi düşünülür. Bu, Amazon meşələrinin udduğundan dörd dəfə çoxdur.

Karbon emissiyaları balinaları qoruya bilərmi?

Beynəlxalq Valyuta Fondunun BVF-nin 2019-cu ildə dərc etdiyi hesabatda okeanlarda balinaların sayının artırılmasının faydaları müzakirə olunub.

Müvafiq olaraq, bir balinanın həyatı boyu udduğu karbonun dəyəri ekoturizmin əlavə dəyəri və daha yaxşı balıq ovu ilə birlikdə orta hesabla böyük balinanın dəyəri 2 milyon dollardan çox olur.

Bu araşdırmanın arxasında duran iqtisadçılar nəzəriyyədən praktikaya keçir və əsas qlobal karbon emissiyalarının gəlirlərinin bir hissəsini balina populyasiyasının qorunmasına xərclədiyini irəli sürürlər.

Bu, mürəkkəb bir plandır, lakin qeyri-mümkün deyil. Çünki eyni komanda Afrika meşələrində fil ovuna qarşı karbon bazarına əsaslanan oxşar layihə üzərində işləyir.

Çilidə balinaların yerlərini akustik olaraq aşkar edən və erkən xəbərdarlıq sistemi ilə gəmilər üçün alternativ yollar yaradan sistem də hazırlanır.

BVF araşdırması iddia edir ki, balinaların qorunması iqlim dəyişikliyi ilə mübarizədə əsas prioritetlərdən birinə çevrilməlidir.

“Balinalar iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün unikal mövqedə olduqları üçün 2015-ci ildə Paris Sazişini imzalayan 190 ölkədə qorunmalıdırlar”, – tədqiqatın müəllifləri şərh edirlər.

 

Balinalar

Tərcümə etdi:

Gülnar Məmmədli