
Vyetnamda qəribə hadisə baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vyetnamda başını və qollarını gölə salıb balıq ovlayan gənc qorxunc hadisə ilə qarşılaşıb.
Belə ki, suyun altında olan ilan, gəncin burnunu dişləyib.
Sarsılaraq sudan çıxan şəxsə dostu kömək edib. Amma ilanı dişlədiyi gəncin burnundan ayırmaq o qədər də asan olmayıb.
Qeyd edək ki, hadisədən sonra gənc xəstəxanaya yerləşdirilib.
Anar
Gununsesi.info