Balıq ovu qadağan edildi

  • By admin
  • 20 May 2019 16:00

Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.

Gununsesi.org BBC-yə istinadən məlumat verir ki, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.

Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.

Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.