Baloğlan Əşrəfov Mübariz Mənsimovla bağlı xalqa səsləndi: “Hamılıqla vətən övladına sahib çıxaq”

  • By admin
  • 16 Mart 2020 16:48

“Hamılıqla bu cür vətən övladımıza hər birimiz sahib çıxaq”.

”Palmali” Şirkətlər Qurupunun prezidenti, qardaş Türkiyədə fəaliyyət göstərən xeyriyyəçi, tanınmış iş adamı Mübariz Mənsimovun “Fetoçuluq”da ittiham edilərək saxlanılması ilə bağlı Əməkdar artist Baloğlan Əşrəfov da münasibətini bildirib.

Gununsesi.org xəbər verir ki, Millixəbər. az-a açıqlamasında  qeyd edib ki, Mübariz Mənsimov heç bir vaxt elə bir işlə məşğul ola bilməz:

“O təmiz və saf bir insandır. Ola bilsin ki, kimlərsə onu ləkələməyə, gözdən salmağa çalışırlar. Azərbaycan ictimayyətinə bəllidir ki, Mübariz Mənsimov necə vətənpərvər bir insandır. Qayğıkeş bir Azərbaycanlı olaraq şəxsən mənə, başqa soydaşlarımıza çox kömək edərək qayğı və diqqətlə yanaşıb. Ona kömək əlini uzadan qazilərə, sağalmaz xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın əlindən tutan, ürəyi Azərbaycanla döyünən bir uca zirvədir Mübariz Mənsimov”.

Daha sonra müğənni xeyirxah biznesmenlə bağlı xalqa müraciət edib:

“Əziz həmvətənlər! Gəlin birlikdə, hamılıqla bu cür vətən övladımıza hər birimiz sahib çıxaq, ləkələnməyə qoymayaq, öz insanlıq və təssübkeşlik borcumuzu ləyaqətlə yerinə yetirək. Mən sizlərin sevərək qəbul etdiyiniz Baloğlan Əşrəfov olaraq, dəyərli soydaşımız, əzizimiz,hörmətli iş adamımız Mübariz Mənsimovla bağlı o taylı, bu taylı Azərbaycan xalqından dəstək istəyirəm. Mübariz Mənsimov kimi oğulları qorumaq hər birimiz üçün olduqca önəmlidir” , – deyə Baloğlan Əşrəfov qeyd edib.

Gununsesi.org