Baloğlanla Elçin arasında gərgin anlar:"Bu sözlərə görə sənin başını kəsərəm"

Baloğlanla Elçin arasında gərgin anlar:


Space TV-də yayımlanan “Onda başladıq” verilişində qonaq olan xalq artisti Baloğlan Əşrəfov aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib.

Gununsesi.info xəbər verir ki, iki məşhur arasında canlı efirdə gərgin anlar yaşanıb. E.Əlibəylinin B.Əşrəfov haqda “O, bəstəkar Üzeyir Hacıbəylini tənqid edib” deməsi xalq artistini özündən çıxarıb.

Baloğlan Əşrəfov Elçinə qarşı efirdə səsləndirdiyi sözlərə görə peşman olmadığını dilə gətirib:

“Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan söhbəti o, yenidən gündəmə gətirib mənə dedi ki, o vaxt sizinlə aramızda problem olanda Rusiyadan bir nəfər zəng edib, məni hədələyib. Deyib ki, sənin başını kəsərəm. Mən də ona qayıtdım ki, köhnə palan içi tökməsin, mən heç kimi öyrətməmişdim belə söz desin. O da daha da qızışdı, mən əsəbiləşdim. Dedim elə, buna görə də sənin başını kəsmək lazımdır. Sözün düzü, onun atmacısından boğaza yığılmışdım. Verilişdən sonra o mənə yaxınlaşdı, münasibətlərimizə aydınlıq gətirdi. Hər halda o köhnə söhbəti ortaya atmalı deyildi. Demişəm, əcəb eləmişəm”.

Gununsesi.info

COMMENTS