Baltik ölkələrinə qarşı Rusiyadan gözlənilən “təcavüzü kabusu” geridə qaldı - VİTSE-PREZİDENT

  • By admin
  • 01 Avqust 2017 11:05
default
Baltik ölkələrinə qarşı Rusiyadan gözlənilən “təcavüz kabusu” ola bilməz və bu geridə qaldı.
Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti Mayk Pens  Baltikyanı ölkələrin prezidentləri ilə görüşündə deyib. “Amerikanınsesi” radiosunun verdiyi xəbər görə,
 Estoniya, Latviya və Litva prezidentləri ilə görüşən Mayk Pens  ABŞ-ın bundan sonra da Baltikyanı ölkələri dəstəkləyəcəyini  bəyan edərək, artıq onlara Rusiyadan gözlənilən təhlükənin sovuşduğunu bəyan edib.
“Ən əsas məqam ondan ibarətdir ki, Rusiya güc yolu ilə demokratik suvern dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri pozmağa cəhd edərək, azad Avropa ölkələrini bir-birinə qarşı qoyub parçalamağa çalışır”- deyə, ABŞ-ın vitse-prezidenti vurğulayıb.
 
O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp başda olmaqla  Baltik ölkələrinə, həmçinin müttəfiqlərimizə qarşı hər hansı  güc  tətəbiq etmə hədəsi və  təhdid cəhdlərini qətiyyətlə pisləyirik və buna imkan verməyəcəyik.
Mürtəza
Gununsesi.info