“Baltika-Bakı” fəaliyyətini dayandırdı

  • By admin
  • 19 Avqust 2016 09:50
baltika1
 
2016-cı il Azərbaycanda pivə bazarında 30 faiz azalma müşahidə olunub.
Bu barədə Gununsesi.info-ya “Baltika-Bakı” şirkətindən verilib. “Baltika-Bakı” şirkəti 2016-cı ilin yarım ili ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki,ölkədə pivə bazarında enmə baş verib və bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik  tənzimləməsinin təsiridir, hansı ki,  təbii olaraq, şirkətin gəlirliliyinə də olduqca mənfi təsir göstərib.
Hesabtda milli valyutanin devalvasiyasının (2015-cı il nisbətində təqribən 90%) və əhalinin bununla müşayiət edilən alıcılıq qabiliyyətinin düşməsi, satışların düşməsinə əsas səbəb olub.
“Digər tərəfdən, 2016-cı ilin yanvar ayının ilk günlərində bütün sektorun staqnasiyasına səbəb olan aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışını qadağan edən qanunun qısa müddət üçün qüvvədə olması,  bazarın texnoloji cəhətdən hazır olmadığını göstərdi və məhsul satışlarının kəskin şəkildə dayanmasına səbəb olmuşdur, nəticə etibarı ilə tədarük zənciri yalnız fevralın sonuna bərpa edilib. 75% bazar payı ilə şirkətin 2016-cı ilin birinci yarımilliyində müşahidə olunan satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25% azalıb.
Bununla belə “Baltika-Bakı” hesab edir ki,  biznesin və pivə istehsalı sahəsinin ümumilikdə inkişafı məqsədilə atdığı addımlara  baxmayaraq, aksiz markası ilə markalanmalı olan malların nağdsız satışı və mütləq şəkildə öncədən ödənişi haqqında qanunun qüvvəyə minməsi pivə istehsalı sahəsi üçün əlavə maneələr törədəcək. “Tamamilə şəffaf şirkət və məsuliyyətli vergi ödəyicisi kimi “Baltika-Bakı” ölkədə şəffaf mal dövriyyəsinin təmin edilməsi üzrə dövlətin səylərini dəstəkləyir, lakin tədarük zəncirinin yeni biznes modelinə keçməyə texniki cəhətdən hazır olmaması və kiçik və orta bizneslər üçün realizasiyası çətin olacaq əvvəlcədən ödəniş əsasında hesablaşma forması, pivə sənayesini ağır duruma aparacaq. Şübhəsiz ki, bu satışların daha da azalmasına və, müvafiq olaraq, müəssisənin gəlirliyinin aşağı düşməsinə gətirib çıxaracaq.
Digər tərəfdən, 16 may 2016-cı ildə Tarif Şurası tərəfindən qəbul edilmiş yeni su Tarifikasiya sistemi ilə əlaqədar istehsal xərclərinin artması, biznes üçün yeni zərbə olmuşdur. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 AZN qiymətin təyin edilməsi Şirkətin xərclərini tək 2016-cı ildə 420 min AZN artırır.
Yuxarıda sadalan hallar, müqəddəs Ramazan ayı ərzində satışların kəskin şəkildə aşağı düşməsi və illik satışların 70 % əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hal-hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Hazırki böhran situasiyanın deeskalasiyası məqsədilə şirkət “qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmaq qərarı alıb.
Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq, şirkətin fəaliyyəti hazır məhsulun realizasiyasına və satışların dəstəklənməsi üçün minimal maliyyə və inzibati əməliyyatlara köklənəcək. Sözügedən dövrdə əməkdaşların təqribən 80% boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə, əmək haqlarının 2/3 hissəsini ödəniləcək. Boşdayanma dövründə şirkət böhrandan çıxmaq məqsədi ilə biznes modelinin optimizasiyası mexanizmlərinin işlənib hazırlanması üçün bütün səylərini ortaya qoyacaq və nəticə etibarı ilə bununla biznesin Azərbaycandakı aqibəti öz həllini tapacaq”.
Gununsesi.info