“Bandotdel” deputatın oğurlanmış səhifəsini özünə qaytardı

  • By admin
  • 02 Dekabr 2021 16:59

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi deputat Naqif Həmzəyevin bir neçə gün əvvəl instaqram hesabını özünə qaytarıb.
Bu barədə Gununsesi.info-ya millət vəkilinin özü bildirib.

“Mənə məxsus Hamzi Nağıyev instaqram səhifəsi oğurlanmış və bu səhifənin geri qaytarılması 2 həftə ərzində mümkün olmamışdır. Bu səhifənin mənə geri qaytarılması üçün bu sahədə ixtisaslaşmış mütəxəssislər və bir neçə şirkət tərəfindən cəhdlər olundu, lakin təəssüflər olsun ki, bu cinayəti törətmiş şəxslər professional olduğu üçün hesabın geri qaytarılması cətinləşirdi, ancaq mənim müraciətim əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bu məsələni araşdırdı və ən qısa zamanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mənim hesabımı geri alaraq mənə qaytardı. Bu müddət ərzində mənə dəstək olaran bütün şəxslərə, ən əsasda Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərinə və bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, bizim dövlət qurumlarında peşəkar mütəxəssislər və kadrlar var, onlar bu cür qlobal problemləri həll edə və vətəndaşların hüquqlarını qoruya bilirlər”.

İlhamə
Gununsesi.info