“Bandotdel” Kənd Təsərrüfatı Nazirliyinə girib? – AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb”.

Gununsesi.org xəbər verir ki, KTN-in mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir: “Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq”.

***

Daxili İşlər Nazirliyi kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bandotdel” kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.

İlkin istintaq hərəkətləri başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Gununsesi.org