“Bandotdel” qadını videosu ilə şantaj edən şəxsi yaxaladı – ƏMƏLİYYAT

  • By admin
  • 08 Noyabr 2021 15:27

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.

Gununsesi.info Daxili işlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadından videosunu yayacağı ilə hədələyərək 7000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Araşdırma aparılır.

Gununsesi.info