“Bandotdel”in həbs etdiyi Bələdiyyə sədri azadlığa buraxılır – ÖZƏL

  • By admin
  • 17 Aprel 2020 16:02

Bu dəqiqələrdə aldığımız məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ – Bandotdel) həyata keçirdiyi əməliyyat nəticəsində Binəqədi kənd bələdiyyəsinin sədri Niyaz Niftiyev  və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov bu gün məhkəməyə gətirilir.

Gununsesi.org-un əldə etdiyi məlumata görə, bələdiyyənin indiki və keçmiş sədri barəsində onların polis nəzarətinə verilməsi barədə təqdimat yazılıb. Ancaq nədənsə bələdiyyənin 60 yaşlı əməkdaşı, səhhətində ağır problemləri olan Sahib Abışovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə sənəd təqdim edilib.

Gununsesi.org həm də onu da əldə edib ki, yuxarıda adları çəkilən hər iki şəxslə yanaşı, həmin bələdiyyənin keçmiş sədri Mətanət Nəsibova barəsində də cinayət işi başladılıb. Onun da polis nəzarətinə verilməsi gözlənilir.

Verilən məlumata görə, satılan 400-ə qədər saxta arayışın təxminən 300-ə qədəri Mətanət Nəsibovanın imzası ilə vətəndaşlara verib.

Gununsesi.org