Bank əmanətlərinin 92 faizi Bakının payına düşür

Bank əmanətlərinin 92 faizi Bakının payına düşür

2017-ci ilin 11 ayı ərzində kommersiya banklarına yatırılan əmanətlərin həcmi ondan əvvəli illə müqayisədə 3 faiz azalıb.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, fiziki şəxlər tərəfindən yatırılan əmanətlərin həcmi 7 milyard 370 milyon manatdır. Onun 2 milyard 285 milyonu və ya 29 faizi xarici valyutada, 5 milyard 85 milyonu və ya 69 faizi milli valyutada yatırılıb.

Milli  valyutada qoyulan əmanətlərin həcmi ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz artıb, xarici valyutada qoyulan əmanətlər isə 17.6 faiz azalıb.

Yatırılam əmanətlərin böyük hissəsi Bakının payına düşür. Belə Bakı şəhəri üzrə əmanət qoyuluşunun həcmi 6 milyard 778 milyom manatdır.  Beləliklə, əmanət qoyuluşlarının 92 faizi paytaxtın payına düşü. Qalan hissə isə digər iqtisadi rayonlar arasında bölünür.

Vüsalə

Gununsesi.info

COMMENTS