“Muğanbank” ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevə hökm oxunub.
Gununsesi.info xəbər verir ki, dələduzluqda təqsirləndirilən keçmiş bank işçisi 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, N.Vəliyev tanışları Kənan Nağıyev və Cavad Cavadova “forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla, hər ayın tamamında onlara qazanc verəcəyini vəd edib. Bu vədlə də onlardan ümumilikdə 332 min 200 manat pul alıb.
“Muğanbank” ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da zərərçəkmiş qismində tanınıb.
Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini bildirib.
Gülər
Gununsesi.info