Bank kartları ilə ödəmə əməliyyatlarında problem yaranıb

  • By ilhame
  • 24 İyul 2024 22:41

Azərbaycanda nağdsız ödənişlərdə problem yaranıb.

 

Gununsesi.info xəbər verir ki, hazırda pos-terminallarla ödəniş etmək mümkün deyil.

 

İctimai iaşə obyektlərində kartla ödəniş mümkün olmadığından, ödəniş nağd şəkildə tələb olunur.

 

Problemin nədən qaynaqlandığı sual olaraq qalır.

Gununsesi.info