Bank kartlarından oğurluq edənlər saxlanıldı

Yaşlı insanların kartlarından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Gununsesi.info -ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək bank kartlarından ümumilikdə 2000 manat məbləğində vəsaitlərinin oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb.

 

Gununsesi.info