Bank kreditlərinin həcmi son 4 ilin ən aşağı səviyyəsinə düşdü

  • By admin
  • 14 Sentyabr 2016 13:00

kredit

Respublika üzrə kredit qoyuluşu kəskin şəkildə azalıb.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin 7 ayına dair açıqladığı hesabata görə, kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına yatırılan kreditlətin həcmi 16.7 milyar manat təşkil edib. Qeyd edək ki, bu, 2012-ci ildən bəri ən aşağı göstəricidir. İlin əvvəli ilə müqayisədəisə kredit qoyuluşları 5 milyard manat azalıb.

Problemli kreditlərin həcmi isə 1.5 milyard manat olmaqla, ümumi portfeldəki payı 9 faizəçatıb.

Mərkəzi Bankın statistikasından məlum olur ki, iqtisadiyyatın bütün sahələrində kredit qoyuluşlarında azalmalar var. Amma əsas azalma ticarət və xidmət sektorunda, kənd təsərrüfatı, inşaat, istehlak kreditlərində müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqayisədə ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmi 600 milyon manat və 19 faiz, inşaat və tikintiyə ayrılan kreditlər 1 milyard manat və ya 34 faiz, kənd təsərrüfatıüzrə 100 milyon manat və ya 20 faiz, istehlak kreditləri üzrə 2.1 milyard manat və ya 26 faiz azalma baş verib.

Vüsalə RÜSTƏMOVA

Gunusesi.info