“Bank Respublika”nın 4 filalı bağlandı, 128 nəfər işçisi ixtisar olundu

  • By admin
  • 20 Dekabr 2016 17:32

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Bu ilin birinci yarısında “Bank Respublika” ASC işçilərinin 18,4%-ni ixtisar edib.

Bu barədə Gununsesi.info banka istinadən xəbər verir.

Məlumata görə, iyulun 1-nə “Bank Respublika”nın işçilərinin sayı 568 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 128 nəfər azdır.

Bankın işçi heyətinin kiçilməsi əsasən onun dörd filialı – “Şəki”, “Göyçay”, “İmişli” və “Şəmkir” filiallarının bağlanması ilə əlaqədardır.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın “DEG” investisiya və “Sparkassen International Development Trust” şirkətləri var.

Gununsesi.info