“Bank Respublika”nın qarşısında özünü yandıran şəxs öldü

  • By admin
  • 09 İyun 2017 10:28

olum

Bakıda 15 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, mayın 24-də paytaxtın Səbail rayonu, Neftçilər prospektində özünü yandıran, 1953-cü il təvəllüdlü Manafov Ramiz Manaf oğlu aldığı yanıq xəsarətlərindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, R. Manafov özünü “Bank Respublika”nın “Azneft” filialı qarşısında yandırmışdı. Onun banka borclu olduğu bildirilirdi.

Gununsesi.info